Şriftin ölçüsü :

Saytın rəngi :

Mollakənddə “Multikulturalizm ili” ilə əlaqədar tədbir keçirilib

25 may 2016 | 16:00

Mayın 25-də rayonun Mollakənd kəndində Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Məhsəti türklərinin adət-ənənələri, mətbəxi və məişəti ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev, Mollakənd kənd tam orta məktəbinin direktoru Təranə Qasımova, kənd ağsaqqalları və ziyalıları, kənd ictimaiyyətinin nümayəndələri, kənd ərazisində məskunlaşmış məhsəti türkəri iştirak edirdilər.
Tədbirdən əvvəl Mollakənd kəndində yaşayan məhsəti türklərinin hazırladığı “Məhsəti türklərinin mətbəxi” adlı sərgi nümayiş etdirilib, tədbir iştirakçılarına məhsəti türkləri tərəfindən hazırlanmış şirniyyat, ədviyyat, yeməklər və sair təqdim edilib.
Tədbirdə “Multikultural dəyərlər və müasir zaman” mövzusunda Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev, “Məhsəti türklərinin tarixi” mövzusunda Mollakənd kənd tam orta məktəbinin direktoru Təranə Qasımova, “Məhsəti türklərinə dövlət qayğısı” mövzusunda Mollakənd kənd tam orta məktəbinin direktor müavini Bəxtiyar Rəcəbov, çıxış edərək “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirdə məhsəti türklərinin tarixi keçmişi, onların həyat tərzi, mədəniyyəti və adət - ənənələri haqqında danışılıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda yaşayan azsaylı xalqlara və etnik qruplara göstərdiyi diqqət və qayğısı xüsusi vurğulanıb.
Tədbirdə məshəti türklərinin musiqi və rəqslərindən ibarət konsert proqramı təqdim edilib.
Sonda məshəti türklərinin adından çıxış edən ağsaqqal Səlim Dadayev Azərbaycan xalqına və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Azərbaycanda yaşayan azsaylı xalqlara və etnik qruplara, eləcədə məshəti türklərinə göstərdiyi diqqət və qayğılara görə minnətdarlığını bildirib.

Keçidlər