Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon turniri keçirilib

25 may 2016 | 16:00

Mayın 25-də rayonun Dəyirmanlı kənd tam orta məktəbində torpağlarımızın azadlığı uğrunda şəhid olmuş "Azərbaycan Bayrağı ordenli" Tahir İslamovun əziz xatirəsinə həsr olunmuş voleybol üzrə rayon turniri keçirilib. 
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri Fərəc Dadaşov, Qarabağ Müharibəsi iştirakçıları, Kürdəmir rayon Gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhid Tahir İslamovun adını daşıdığı Dəyirmanlı kənd tam orta məktəbində onun xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.
Mərasimdə Dəyirmanlı kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə şəhidin anası, döyüş yoldaşları şəhidin həyat və döyüş yolundan söhbət açdılar, onunla bağlı xatirələrini bölüşdülər.
Yarışda Atakişili kənd tam orta məktəbinin voleybol komandası I yeri, Dəyirmanlı kənd tam orta məktəbinin voleybol komandası II yeri, Yenikənd kənd tam orta  məktəbinin voleybol komandası III yerə layiq göruldülər.  

Keçidlər