Home Contact Phone
background
  • Ünvan: AZ-1033, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti-12
  • Faks: 255-00-08
  • E-mail: mail@kurdemir-ih.gov.az

Xəbərlər

  • Topalhəsənli kəndində səyyar qəbul keçirili...

    Topalhəsənli kəndində səyyar qəbul keçirilib

    2020-02-27

    Fevralın 27-də rayonun Topalhəsənli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Topalhəsənli kənd inzibati ərazi dairəsinə daxil olan Topalhəsənli, Şahsevən və Qaraqocalı kənd sakinləri iştirak ediblər.

  • Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın...

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhaliyə müraciəti

    2020-02-27

    Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?! Daşınmaz əmlakın icbari sığortası təbii və texnogen hadisə və fəlakətlərdən iqtisadiyyatın qorunması üçün düşünülmüş və həyata keçirilən, real əhəmiyyət verən bir prosesdir. Daşınmaz əmlakla bağlı baş verən hadisələr arasında ən çox rast gəlinən yanğın hadisəsidir. Yanğın nədir?! Niyə baş verir?! Qarşısının alınması mümkündürmü?!

  • Kürdəmirlilər Xocalı soyqırımı qurbanların...

    Kürdəmirlilər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

    2020-02-26

    Fevralın 26-da rayonun Heydər Əliyev Mərkəzində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib.

  • Kürdəmirin ümumtəhsil məktəblərində Xocal...

    Kürdəmirin ümumtəhsil məktəblərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir

    2020-02-25

    Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir.

  • Kürdəmirdə Şahmat üzrə rayon turnirinə yeku...

    Kürdəmirdə Şahmat üzrə rayon turnirinə yekun vurulub

    2020-02-25

    Fevralın 25-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin,Təhsil şöbəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turnirinin final mərhələsi keçirilib.

  • Kürdəmirdə Xocalı soyqırımına həsr edilmi...

    Kürdəmirdə Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” mövzusunda anım tədbiri keçirilib

    2020-02-24

    Fevralın 24-də Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” mövzusuna həsr olunmuş anım tədbiri keçirilib.

  • Kürdəmirdə Xocalı faciəsinin 28-ci ildönüm...

    Kürdəmirdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

    2020-02-21

    Fevralın 21-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzinin akt zalında rayonun səhiyyə işçilərinin iştirakı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

  • Zibilxanaların, kol-kosun yandırılmasının qar...

    Zibilxanaların, kol-kosun yandırılmasının qarşısı alınmalıdır!

    2020-02-20

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hardasa zibilliklərin, kol-kosun yanması ilə bağlı hər gün məlumat daxil olur. Yaşayış evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük obyektlərdə baş verən yanğınlar insanları həyəcanlandırdığı halda, zibilliklərin, kol-kosun yanması çoxlarına əhəmiyyətsiz görünür.

  • Kürdəmir rayonunda hesabat yığıncağı keçir...

    Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib

    2020-02-20

    Fevralın 20-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.

  • Qocalı kəndində səyyar qəbul keçirilib

    Qocalı kəndində səyyar qəbul keçirilib

    2020-02-19

    Fevralın 19-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Xəlsə, Pirəköçə, Beyi və Qocalı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Axtaçı kəndində səyyar qəbul keçirilib

    Axtaçı kəndində səyyar qəbul keçirilib

    2020-02-19

    Fevralın 19-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Axtaçı kənd inzibati ərazi dairəsinin Axtaçı-Qarabucaq və Axtaçı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Bina və qurğuların ildirımdan mühafizəsi

    Bina və qurğuların ildirımdan mühafizəsi

    2020-02-19

    İldırım təbiət hadisəsi olsa da bəzən yanğın və partlayışlara, çox böyük fəlakətlərə səbəb olur. Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat mövcuddur. Bu təlimat binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi, tikintisi, istismarı, həmçinin yenidən qurulması zamanı istifadə üçün nəzərdə tutulub.

  • Ötən il Kürdəmirdən on altı ölkəyə 23 min...

    Ötən il Kürdəmirdən on altı ölkəyə 23 min 776 ton məhsul ixrac edilib

    2020-02-17

    Ötən il Kürdəmir rayonundan on altı ölkəyə on bir çeşiddə 23 min 776 ton məhsul ixrac edilib ki, bu da 2018-ci ildəki göstəricidən 5 min 200 ton çoxdur.

  • Kürdəmir rayonunda “Barama-2020: qarşıda dur...

    Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

    2020-02-14

    Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərliyi, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın 40 rayonunda barama istehsalı ilə məşğul olan 200-ə yaxın kümçü iştirak edib.

  • Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir r...

    Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlib

    2020-02-12

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəlib.

  • Prezident İlham Əliyev Pirili-Muradxan-Sor-Sor a...

    Prezident İlham Əliyev Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

    2020-02-12

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

  • Kürdəmirdə “Qlobal Aqro” MMC-nin aqroparkı...

    Kürdəmirdə “Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatı olub

    2020-02-12

    Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının açılışı olub.

  • Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifad...

    Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verilib

    2020-02-12

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

  • “Azərxalça” ASC-nin Kürdəmir filialının ...

    “Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

    2020-02-12

    Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

  • Carlı kəndində səyyar qəbul keçirilib

    Carlı kəndində səyyar qəbul keçirilib

    2020-02-06

    Fevralın 6-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Carlı kənd inzibati ərazi dairəsinin Quşlar və Carlı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Kürdəmirdə kartof əkininə başlanılıb

    Kürdəmirdə kartof əkininə başlanılıb

    2020-02-03

    Kürdəmir rayonunun torpaq mülkiyyətçiləri yazlıq kartof əkininə başlayıblar. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il 915 hektarda yazlıq kartof əkən və sahələrdən 12 min 542,5 ton məhsul istehsal edən sakinlər bu mövsümdə əkin sahələrini azı 50 hektar artırmaq əzmindədirlər.

  • Kürdəmir rayonunda Gənclər Günü qeyd edilib

    Kürdəmir rayonunda Gənclər Günü qeyd edilib

    2020-01-31

    Yanvarın 31-də rayonun Gənclər evində “02 fevral - Gənclər günü” münasibəti ilə Kürdəmir gənclərinin ümumrayon toplantısı keçirilib. Tədbirə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə və təşkilatlarının, ümumtəhsil orta məktəblərinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri iştirak ediblər.

  • Qarabucaq qəsəbəsində növbəti səyyar qəbul...

    Qarabucaq qəsəbəsində növbəti səyyar qəbul keçirilb

    2020-01-30

    Yanvarın 30-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarabucaq qəsəbəsində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda rayonun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq və Qurd Bayram kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzr...

    Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib

    2020-01-29

    Yanvarın 29-da rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzovun iştirakı ilə Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib.

  • Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başla...

    Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başlayıb

    2020-01-27

    Yanvarın 27-də Kürdəmir rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayıb.

əvvəlki [2] növbəti