Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon turnirinə yekun vurulub

18 yanvar 2022 | 16:00

17-18 yanvar 2022-ci il tarixlərdə Atakişili kənd tam orta məktəbinin idman zalinda 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunan idmanın voleybol növü üzrə rayon turniri keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər.
Turnirin mükafatlandırma mərasimində öncə 20 Yanvar faciəsində və Torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş igid Azərbaycan oğullarının xarirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev bildirdi ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir və bu baxımdan 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. 20 Yanvar həm də milli iradəmizin zəfər çaldığı gündür. Ona görə də gənclərimiz tarixi həqiqətləri bilməlidirlər. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
Turnir dairəvi sistem üzrə keçirilmişdir . Oyunların nəticələrinə görə I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası, II yerə şəhər 2 saylı tam orta məktəbin voleybol komandası və III yerə Xırdapay kənd tam orta məktəbin voleybol komandası layıq görülmüşlər.
Turnirdə fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla mükafatlandırlıblar.

Keçidlər