Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü keçirilib

11 yanvar 2022 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz” layihəsi çərçivəsində 11 yanvar 2022-ci il tarixində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığıə ilə Kürdəmir şəhər S.Paşayev adına 6 saylı tam orta məktəbində idmanın Yunan-Roma güləş növü üzrə yeniyetmələr və gənclər arasında Ölkə birinçiliklərində və beynəlxalq yarışlarda yükşək nailiyyətlər qazanmış Şıxaliyev Mirəli Əlyar oğlu ilə məktəblilərin görüşü keçirilib.
Layihənin əsas məqsədi bədən tərbiyyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanmış rayon idmançılarının tanıdılmasıdır.
Güləşçimiz Şıxaliyev Mirəli Əlyar oğlu 1990-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olub. 1997 ci ildə S.Paşayev adına 6 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və 2008-ci ildə həmin məktəbin məzunu olub. 2008-ci ildədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyanına qəbul olub və 2012-ci ildə həmin akademiyanın məzunu olub. 2012-2013 ci illərdə Milli orduda vətənə xidmət edib. 2014-ci ildə Uşaq Gənclər İdman və Şahmat Məktəbinə yunan-roma güləşi üzrə üləş üzrə məşqçi-müəllim fəaliyyətə başlayıb.
İdmana həvəsim uşaq vaxtlarından olub. 2000-ci ildə 3-cü sinifdə oxuyarkən İdmanın Yunan-Roma güləş növü üzrə SSRİ idman ustası Əməkdar müəllim Rafiq Əliyevin rəhbərliyi altında keçirilən güləş məşqlərinə qatılmışam. Elə həmin ildə 3 aydan sonra ilk yarışıma Kürdəmir rayon birinciliyinə qatılmışam və 3 cü yerə layiq görülüb. Ondan sonra ardıcıl 3 il rayon birinçiliklərində və Respublika yarışlarda qalib gələrək yüksən nəticələr qazanıb . 2003 cü ildə İran İslam Respublikasının Sənəndəc şəhərində 20 ölkənin iştiraki ilə keçirilən ilk beynəlxalq yarışda iştirak etmişəm və 2-ci yerə laiq görülüb. 2003 cü ildə Rusiyanın Volqodonsk şəhərində keçirilən beynəlxalq yarışda erməni güləşçini məğlub edərək 3cü yerə laiq görülüb. 2004-cü ildə isə Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə 2-ci yerə layiq görülub. Daha sonra Gürcüstanda Rusiyada Dağıstanda beynəlxalq yarışlarda mükafata laiq görülmüşəm. 2008-ci ildə Respublika çempionatında 2ci yerə laiq görülmüşəm və yığma komandanın tərkibində müxtəlif yarışlarda mükafata laiq görülüb. Hal hazırdada yunan-Roma güləşi ilə məşqçi-müəllim kimi məşğul olur və bildiklərimi şagirdləri öyrədir.
Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev məktəblilərə Şıxaliyev Mirəli Əlyar oqlunın idman sahəsindəki nailiyyətləri haqqında məlumatlar verdi və rayonumuzu idman yarışlarında layiqincə təmsil etdiyi üçün idarənin fəxri fərmanı təqdim edildi.                 Göruşdə güləşçimiz keçdiyi idman yolundan və qazandığı nailiyyətlərdən söhbət acdı, məktəbliləri maraqlandıran sualları cavablandırdı.

Keçidlər