Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib

19 noyabr 2021 | 16:00

Noyabrın 19-da YAP Kürdəmir rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirilib. 
Tədbir başlamazdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısını müvəqqəti əvəz edən, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, Rayon İcra Hakmiyyəti başçısının müavini Vəsilə Əsgərli, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, ziyalılar,gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısını müvəqqəti əvəz edən, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli videokonfrans iştirakçılarını partiyanın yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edərək məruzə ilə çıxış etmişdir. Ağali Kərimli bildirib ki, 1992-ci ilin noyabrın 21-i Azərbaycan tarixində xüsusu əhəmiyyətə malik bir gündür. Bu gün müasir Azərbaycan tarixində öz yeri, öz çəkisi və siyasi gücü olan, ölkəmizin inkişafında müstəsna xidmətləri olan və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının təisis olunduğu bir gündür. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb, ağır dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bügünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Ulu Öndər Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. Müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır və partiyamız cəmiyyətin bütün təbəqələrini əhatə etməklə öz sıralarında 760 mindən çox vətəndaşı birləşdirən, siyasi-ideoloji güc mərkəzidir.
Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və Liderin də xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialının müdiri, gənc fəal Rauf Abuşov, YAP-ın Veteran üzvü, “O.Mirzəyev” adına ərazi ilk partiya təşkilatının sədri Vaqif Alıyev və Atakişili kənd tam orta məktəbinin müəllimi Səidə Dadaşova çıxış etmişlər. Onlar Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışmışdır. Natiqlər bildiriblər ki, 29 illik şərəfli yolun – YAP-ın yaranma tarixinin necə böyük çətinliklərdən, keşməkeşlərdən keçdiyini, sınaqlarla üzləşdiyini görmək mümkündür. Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 29 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir.
Natiqlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə zəmin yaratdığı göz önündədir.

Keçidlər