Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü keçırilib

16 noyabr 2021 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz” layihəsi çərçivəsində 16 noyabr 2021-ci il tarixində Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbində idmanın Yunan-Roma güləş növü üzrə yeniyetmələr arasında ölkə birinçiliklərində və beynəlxalq yarışlarda yükşək nailiyyətlər qazanmış Qaybalıyev Yadigar Kərəm oğlu ilə məktəblilərin görüşü keçirilib.  
Layihənin əsas məqsədi bədən tərbiyyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanmış rayon idmançılarının tanıdılmasıdır.
Güləşçimiz Qaybaliyev Yadigar Kərəm oğlu 2003-cü ildə Kürdəmir rayonunda anadan olub. 2010-cu ilin sentyabr ayıdan Kürdəmir Olimpiya İdman Kompleksidə yunan-roma güləşi ilə məşqul olmağa başlayib ilk məşqçisi Eltac Qacayev olub. Müəllimlərin verdikləri tapşiriqları yerinə yetirən Yadiğar rayon turnirlərində və respublika yarışlarda qalib qəldiyi üçün Bakı şəhərində keçirilən təlim-məsq toplantılarina cəlb edilib və 4-si sinifdə oxuyarkən Respublika Olimpiya İdman liseyinə daxil olub. Orada təhsil alarkən dahada təcrubə yığan Yadiğar artıq Ölkə və Beynəlxalq yarışlarda iştirak etmiş və I-III yerlərə layiq görülmüşdir.
Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev məktəblilərə Qaybaliyev Yadigar Kərəm oğlunın idman sahəsindəki nailiyyətləri haqqında məlumatlar verdi və rayonumuzu idman yarışlarında layiqincə təmsil etdiyi üçün idarənin fəxri fərmanı təqdim etdi.
Göruşdə güləşçimiz keçdiyi idman yolundan və qazandığı nailiyyətlərdən söhbət acdı, məktəblilərin maqağlandıran sualları cavablandırdı.

Keçidlər