Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə idmanın mini futbol növü üzrə gənclər arasında rayon turniri keçirilib.

09 noyabr 2021 | 16:00

Kürdəmirdə idmanın mini futbol növü üzrə gənclər arasında rayon turniri keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin və Kürdəmir Olimpiya İdman kompleksinin birgə təşkilatçılığı ilə 20 oktyabr-08 noyabr 2021-ci il tarixlərdə Kürdəmir Olimpiya İdman kompleksində 08 Noyabr-Zəfər gününə həsr edilmiş idmanın mini futbol növü üzrə gənclər arasında rayon turniri keçirilib.
Yarış AFFA-nın müəyyən etdiyi qaydalara əsasən keçirilib. Yarışda Kürdəmir rayonunun 12 komandası iştirak etmişdir. Turnirdə iştirak edən komandalar qrup və final mərhələlərində öz güclərini sınamışlar. Turnirdə keçirilmiş 34 oyunun nəticələrinə görə I yeri “Qarabağ” futbol komandası, II yeri “Kür” futbol komandası, III yeri isə “Zəfər” futbol komandası qazanmışdır.
Yarışda qalib gələn komandalar Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar ilə mükafatlandırılmışdır.

 

Keçidlər