Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirlilər Zəfər Gününü böyük coşqu ilə qeyd edirlər

08 noyabr 2021 | 16:00

Noyabrın 8-də Kürdəmir rayonunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm tarixi Qələbənin birinci ildönümünü münasibətilə “Qarabağ Azərbaycandır!” adlı ümumrayon tədbiri keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlandı. Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və təşkilatlar, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi qarşısına tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad etdilər.
Sonra rayonun Şəhidlər Xiyabanında vətən yolunda canlarından keçmiş igid oğullarımızın  məzarları  ziyarət  olundu. Məzarları önünə tər çiçək dəstələri düzülərək, ruhlarına dualar oxundu.
Sonra rayonun “ Qələbə “ parkında Zəfər səlnaməmizə həsr olunmuş, rayonda yaşayan sənətkarların əl işlərindən ibarət dekorativ sənət nümunələri , məktəblilərin rəsm sərgiləri nümayiş olundu.
Təntənəli tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli, N saylı Hərbi hissənin komandiri Reyhun Fərmanov, şəhid Məlik Zülfüqarovun anası Yeganə xanım, qazi Vüsal Mahmudov və digər şəxslər çıxış etdilər. Onlar çıxışlarında Rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandanın əldə etdiyi böyük Zəfərin verdiyi qürurdan danışdılar.İftixar gününə çevrilmiş Zəfər bayramı münasibətilə xalqımızı təbrik etdilər.
Tədbir Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət məktəbinin vətənpərvərlik mövzusunda hazırladığı konsert proqramı ilə davam etdirildi.https://www.youtube.com/watch?v=o4OfRiVUC58

 

Keçidlər