Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı kecirilib.

05 noyabr 2021 | 16:00

Kürdəmirdə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı kecirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi - Kürdəmir nümayəndəliyinin  birgə təşkilatçılığı ilə 04 noyabr  2021-ci il tarixdə rayonun Gənclər evində 8 Noyabr "Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib.
Olduqca maraqlı keçən yarışda Atakişili kənd tam orta məktəbinin “Kəlbəcər” komandası I yerə, şəhər 6 saylı tam orta məktəbin  “Dəmir yumruq ” komandası II yerə  layiq görülmüşdür.
Yarışda qalib gələn gənclər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.

Keçidlər