Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusunda dəyirmi masa keçirilib.

19 oktyabr 2021 | 16:00

Kürdəmir rayonunda  “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusunda dəyirmi masa keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 19 oktyabr 2021-ci il tarixində rayonun Gənclər evində  “Milli şüur və vətənpərvərliyin timsalı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Vətən müharibəsi iştirakçısı , qazi polkovnik leytenant Qubad Tağıyev, Kürdəmir rayon Gənclər və İdman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin, Kürdəmir OİK-nin, Kürdəmir DAİM-nin əməkdaşları və rayonun fəal gəncləri pandemiya ilə əlaqədar zəruri qaydalara əməl etməklə  iştirak etmişdirlər.
Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, qazi polkovnik leytenant Qubad Tağıyev çıxışında gənclərə 44 günlük müharibədən, orada gedən döyüşlərdən və həmim döyüşlərdə Azərbaycan gənclərinin göstərdikləri qəhramanlıqlardan söhbət etdi.
Sonra tədbirdə çıxış edən Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri Əzim Rəfiyev  və şöbənin əməkdaşları Rauf  Nəsirov və Seyfəli Umarov, Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəis müavini Qalib Baxşiyev  və YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov bildirdilər ki, müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir. Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan Azərbaycan Ordusunda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir. Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.
Çıxışlardan sonra tədbir qonaqlarla gənclər arasında  diskusiya şəraitində davam etmişdir.

Keçidlər