Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Çempionumuz” sosial idman layihəsinin ilk görüşü keçırilib.

07 oktyabr 2021 | 16:00

Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Çempionumuz” sosial idman layihəsinin ilk görüşü keçırilib.
Layihənin əsas məqsədi bədən tərbiyyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanmış rayon  idmançıların tanıdılmasıdır. 07 oktyabr 2021-ci il tarixdə Kürdəmir rayonunun Atakişili tam orta məktəbin akt zalında İdmanın Yunan-Roma güləşi növü üzrə Veteran idmançılar arasında
Dünya çempionatlarının 7 qat mükafatçısi, Əməkdar bədən tərbiyyəsi və idman xadimi Əliabbasov Əlisahib Əliabbas oğlu ilə məktəblilərin görüşü keçirilib .
Əlisahib müəllim 18 may 1955 –ci ildə Kürdəmir rayonunun Xirdapay kəndində anadan olub. 12 yaşından başlayaraq  İdmanın Yunan-Roma güləşi növü ilə məşqul olur . İlk müəllimi SSRİ idman üstası Telman Əliyev olub. Gənc yaşlarında olarkən  Respublika yarışlarında yüksək nailiyyətlər əldə edib. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.Akadimiyanı bitirdikdən sonra məşqçı fəaliyyəti ilə məşqul olub. Hazırdada UGİŞM-də məşqçilik edir.
2002-ci ildə başlayaraq  İdmanın Yunan-Roma güləşi növü üzrə Veteran idmançılar arasında Dünya çempionatlarında iştirak edib. 2006-cı ildə Latviyada, 2007-ci ildə Macarıstanda, 2008-ci ildə Rusiyada, 2009-cu ildə Finlyandiyada, 2012-ci ildə Macarıstanda və 2014-ci ildə isə Serbiyada keçirilən yarışlarda III yerə layiq qörülüb.2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Əliabbasov Əlisahib Əliabbas oğluna  “Əməkdar bədən tərbiyyəsi və idman xadimi” fəxri adı verilib. Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev  məktəblilərə Əlisahib müəllimin idman sahəsindəki nailiyyətləri haqqında məlumatlar verdi. Sonra Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov Əlisahib müəllimin  idman sahəsində səmərəli fəaliyyətinə görə idarənin fəxri fərmanla təltif etdi. Göruşdə Əlisahib müəllim keçdiyi idman yolundan və qazandığı nailiyyətlərdən söhbət acdı, məktəblilərin maqağlandıran sualları cavablandırdı.

 

 

 

 

Keçidlər