Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yüksək nəticələr göstərən məzunlarla görüş keçirilib

13 sentyabr 2021 | 16:00

Sentyabrın 13-də rayon icra hakimiyyətinin konfrans zalında ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında Kürdəmir rayonu üzrə 600-dən yuxarı bal yığan məzunlarla görüş keçirilib.
Görüşdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısınin vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli, rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov, məzunlar və onların müəllimləri iştirak ediblər.
Görüşdə çıxış edən Ağali Kərimli, Vəsilə Əsgərli və Rəfail Məmmədov ölkə başçısı tərəfində təhsilə ayrılan diqqətdən, rayon əhalisinin təhsilə böyük önəm verməsindən, rayon məzunlarının uğurlarından söz açıblar və məzunları bir daha təbrik edərək uğurlar arzulayıblar.
Məzunlar da öz növbəsində göstərilən diqqətdən dolayı minnətdarlıqlarını ifadə ediblər.
Sonda məzunlara Fəxri fərman və mükafatlar təqdim edilib.
Qeyd edək ki, rayon üzrə ötən tədris ili üzrə 5 nəfər 600-dən yuxarı bal toplayıb.

Keçidlər