Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Özümüzü və yaxınlarımızı koronavirusdan qorumaq üçün peyvənd olunaq” mövzusunda maarifləndirici aksiya keçirilib

19 avqust 2021 | 16:00

Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Özümüzü və yaxınlarımızı koronavirusdan qorumaq üçün peyvənd olunaq” mövzusunda maarifləndirici aksiya keçirilib. İdarə əməkdaşları Kürdəmir rayonunda yerləşən mağazalarda və əhalinin sıx toplaşdığı məkanlarda virusun yayılmasının qarşısının alınması məqsədi peyvənd olunmanın vaçıb olduğu haqqında gənclər arasında maarıfləndirici söhbətlər aparıblar və ictimai iaşə obyektlərində peyvənd olunmanın  vacibliyindən  bəhs edən bukletlər yapışdırıblar.
Aksiyada vurğulanıb ki, son günlər ölkəmizdə COVİD-19 virusuna kütləvi yoluxma faktları qeyd olunmaqda davam edir. Bu cür yoluxma faktlarının çox olması həyəcan təbili çalmağa əsas verir. Virusa yoluxmanın qarşısının alınmasında müxtəlif diznfeksiya vasitələri, tibbi qoruyucu maskalar ilə yanaşı ən optimal variant vətəndaşların peyvəndləndirmə prossesinə cəlb olunmasıdır. Hər bir vətəndaş özünü düşünməklə yanaşı, ailəsini, cəmiyyətimizi də düşünərək məsuliyyətli vətəndaş kimi vaksinasiya prossesinə qoşulmalıdır. Qeyd edilənləri nəzərə alaraq Kürdəmir rayonunda fəaliyyət göstərən vaksinasiya mərkəzlərinə yaxınlaşaraq bu prossesə qoşulmaqla siz özünüzü, ailənizi və cəmiyyətimizi qorumuş olacaqsınız.

Keçidlər