Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı kecirilib

15 iyul 2021 | 16:00

Kürdəmir rayon Gənclər və İdman idarəsinin və Kürdəmir Regional “Asan xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə 14-15 iyul 2021-ci il tarixlərdə “ASAN xidmət” mərkəzində 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman İdarəsinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə zaman?” İntellektual bilik yarışı keçirilib.
Turnirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda canlarından keşmiş, şəhid olmuş gənclərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yarışdan öncə gənclərə yarışın keçirilmə qaydaları haqqıda məlumatlar verildi və yarış iştikakçılarına Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi tapşırıqa əsasən yarışın açıq havada keciriləcəyi bildirildi.
Olduqca maraqlı keçən yarışda “Kür” komandası I yerə, “Omeqa” komandası II yerə , “Mübariz” komandası isə III yerə layıq görülmüşdirlər.
Yarışda qalib qələn gənclər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

Keçidlər