Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Polis işçilərinin peşə bayramı qeyd olunub

02 iyul 2021 | 16:00

İyulun 2-də Kürdəmir rayonunda Polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısınin vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli bu əlamətdar gün münasibətilə polis işçilərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O vurğulayıb ki, Dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında böyük fədakarlıq göstərən, Ulu Öndərimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsində , ölkə Prezidenti cənab İlham Əliyevin etimadına, diqqət və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərini bundan sonrada əsirgəməyəcəklər.
Tədbir Kürdəmir rayon Polis Şöbəsində davam etdirilib. Mərasimi giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arzu Rzayev şəxsi heyəti və qonaqları salamlayaraq,  Azərbaycan  polisinin, o cümlədən  Kürdəmir  rayon Polis Şöbəsinin və şöbənin əməkdaşlarının  keçdiyi  şərəfli yoldan ətraflı danışıb.
Çıxışlarda Azərbaycan polisinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu, həmçinin ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışılıb.
Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisi Kürdəmir Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif ediliblər.

 

Keçidlər