Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir taxılçıları arpa zəmilərində biçini başa çatdırıblar

02 iyul 2021 | 16:00

Kürdəmirdə arpa zəmilərində biçin başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 39 min 629,2 hektarda taxıl yetişdirilib. Zəmilərin 27 min 421,4 hektarı arpa, 12 min 207,8 hektarı buğdadır. Arpa zəmilərinin hər hektarında orta məhsuldarlıq 34,6 sentner olub. Rayonun əksər ərazilərində, xüsusilə Şilyan, Qarasu, Qarasaqqal, Muradxan, Karrar və bir sıra digər ərazi nümayəndəliklərində daha yüksək məhsuldarlığa nail olunub.

Taxıl biçini kampaniyasının optimal müddətdə və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün zəmilərə 33 kombayn çıxarılır. Biçilməmiş 900 hektar buğda zəmisi qalıb. Yaxın günlərdə biçin başa çatdırılacaq.

Keçidlər