Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə gənclər arasında “Sərrast atıcı” yarışı kecirilib

24 iyun 2021 | 16:00

İyunun 24-də Gənclər evində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan rayonun gəncləri arasında tir atıcılığı üzrə “Sərrast atıcı” yarışı keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Kürdəmir Regional Asan Xidmət Mərkəzinin, Kürdəmir DAİM-nin və rayonun fəal gəncləri iştirak ediblər. 
Turnirin açılış mərasimində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəxsi birincilik üzrə olduqca maraqlı keçən yarışda sərrast atıcılıqları ilə fərqlənən gənclərimizdən Səxavət Əliyev və Simarə Səlimova I yerə, Zaur Xasməmmədov II yerə , Rza Xasməmmədov isə III yerə layiq görülüblər.
Yarışda qalib qələn gənclər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.


 

Keçidlər