Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2021 | 16:00

Kürdəmirdə 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev parkına gələrək, Ulu Öndərin abidəsini ziyarət edib, önünə təzə-tər çiçəklər düzüblər.Daha sonra tədbir Kürdəmir Rayon İcra Hakimiyyətində davam etdirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağali Kərimli  , Aparatın əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağali Kərimli  dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, məsul vəzifələrində onlara uğurlar arzulayıb. Çıxışında Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirib.
Tədbirdə dövlət qulluğunda fərqlənənlərə fəxri fərman verilib.

Keçidlər