Şriftin ölçüsü :

Saytın rəngi :

Hədiyyə karvanı Kürdəmirdə

09 iyun 2021 | 16:00

İyunun 8-də Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının əməkdaşları tərəfindən Vətən Müharibəsində həlak olan şəhidlərimizin ailələri ziyarət olunub və  onların övladlarına hədiyyələr təqdim edilib.
Görüşlərdə Kürdəmir rayon İcra Hakimiyyətinin, Kürdəmir regional Asan Xidmətinin və Yaşat Fondunun əməkdaşları da iştirak ediblər.
Şəhid ailələri şəhidlərimizə və onların övladlarına olan hörmət və ehtirama, ailələrinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının əməkdaşları “Hədiyyə karvanı” layihəsi çərçivəsində on gündən artıqdır ki, Respublikamızın digər rayonlarında da şəhid övladları ilə görüşlər keçirir, onlara Azərbaycanla bərabər Qardaş Türkiyə Respublikasının adından da öz dəstəklərini ifadə edirlər.

Keçidlər