Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 28 May Respublika Günü münasibətilə videokonfrans keçirilib

27 may 2021 | 16:00

Mayın 27-də Kürdəmir Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə Respublika Günü münasibətilə “28 May – İstiqlal günümüzdür” adlı videokonfrans keçirilib.
Videokonfransda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli,YAP Kürdəmir rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, rayon ziyalıları, ağsaqqalları və gənc fəalları iştirak ediblər.  
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açıb. O, ilk öncə 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və onların simasında bütün rayon sakinlərini təbrik edərək bldirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi – müsəlman şərqində ilk demokratik cümhuriyyət dərin tarixi kökləri olan milli dövlətçilk ənənələrimizin məntiqi davamı idi. 1918-ci mayın 28-də Tiflisdə Azərbaycan milli şurası ölkənin dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan müstəqilliyə qovuşdu. Xalqımız Azərbaycan Xalq Cumhuriyyətinin və onun qulluqçularının fəaliyyətini çox yüksək qiymətləndirir.Azərbaycan dilinin dövlət dili elan olunması barədə fərman imzalanmış, üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətçilk atributlarının qəbul edilməsi, dövlət və hərbi quruculuq, təhsil, mədəniyyət sahəsində görülən işlər xalqımız tərəfindən daim rəğbətlə xatırlanır.Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət modeli idi.Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş cümhuriyyətlər üçün də örnək oldu.Xalq Cumhuriyyətinin ömrü uzun olmadı və 23 aydan sonra Cumhuriyyət süqut etdi. Ancaq Respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətin işdir. Azərbaycan xalqı 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Onu Azərbaycan rəhbərliyinə dəvət edərək, ölkəni bu bəladan qurtardı.Onun siyasi müdrükliyi, dünyadakı nüfuzu, cəsarəti və təcrübəsi Azərbaycanı nəinki bölgədə, dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən birinə çevrildi. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir.İstiqlal bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Eyni zamanda cənab Prezidentin digər sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş, ölkəmizdə və xarici ölkələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
“Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov, “28 May – İstiqlal günümüzdür” mövzusunda Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ramil Əhmədov, “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda Atakişili kənd tam orta məktəbinin tarix müəllimi Səidə Dadaşova və “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan dövlətçiliyində rolu” mövzusunda şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova çıxış edərək bildiriblər ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.
Çıxışçılar vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyevin SSRİ dövründə Respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirmiş, müstəqillik arzularınının güclənməsinə və yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Ümummilli Lider Heydər Əliyev: «Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü» .
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndərimiz Heydər Əliyevin parlaq ideyaları , dahi öndərin siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənir, öz müstəqilliyini möhkəmləndirir və Ulu Öndər Heydər Əliyev irsinin həyata keçirilməsi, onun ideyalarını reallaşdırılması Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində reallığa çevrilir.

Keçidlər