Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə çiyid səpininə start verilib

12 aprel 2021 | 16:00

Cari mövsümdə rayonda 2510 hektardan çox sahədə çiyid səpilməsi nəzərdə tutulub. Rayonda səpinə mütəşəkkil hazırlıqla başlanılıb. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
İlk olaraq səpinə Qarasu, Şilyan, Muradxan, Ərəbqubalı kəndlərinin ərazilərində start verilib.Qısa müddətdə 498 hektardan çox sahəyə çiyid səpilib.
Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Bu mühüm kampaniyaya 40 traktor və səpin aqreqatı cəlb olunub.
Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Əkinçilər kampaniyanın vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Keçidlər