Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

05 aprel 2021 | 16:00

Aprelin 5-də Kürdəmir Rayon İcra Hakimiyyətinin konfrans zalında xüsusi karantin  rejimi  qaydalarına  riayət  olunmaqla  Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağalı Kərimli, Milli Məclisin deputatı Əhliman Əmiraslanov  iştirak edib.
     Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 
Toplantıda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağalı Kərimli tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında  təmsil olunan  respublika ağsaqqalları  ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət  və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.
   Sonra təşkilati məsələlər müzakirə olunub. Kürdəmir Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
   Ayyət Nəsirov Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
   Tədbirdə Millət vəkili Əhliman Əmiraslanov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
  Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağalı Kərimli Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal  sözü, xeyir-duası həmişə ali həyat məramı olub.
   Rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Keçidlər