Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Aprel döyüşlərinin ildönümü qeyd edilib

02 aprel 2021 | 16:00

Aprelin 2-də Kürdəmir rayonunda 2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Baş-leytenant Əbubəkr İsmayılovun xatirə lövhəsinə gül qoyuluşu ilə başlanıb.
Tədbirdə şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin ifasında kompazisiya nümayiş olunub.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Aprel qələbələrinin və “Vətən müharibəsinin” Azərbaycan xalqının mübarizliyinin, ordunun gücünün-qüdrətinin təntənəsi olduğunu qeyd etdi. O bildirdi ki, bu qələbələr xalqın Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha sübut etdi. Vəsilə Əsgərli bütün ölkədə olduğu kimi, Kürdəmirdə də şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı.
Çıxış edənlər Aprel döyüşlərində və “Vətən müharibəsində” qazanılan qələbələrdən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini bildirdilər.Vurğuladılar ki, 2016-cı ilin Aprel döyüşləri və “Vətən müharibəsi” zamanı Milli Ordumuzun hərbiçiləri qəhrəmanlıq və şücaət göstərərək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbəni bəxş etdilər, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanır.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid gizir Tural Qurbanovun Sığırlı kəndində yerləşən məzarını ziyarət ediblər.

Keçidlər