Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 624 şagird yerlik Qarasu kənd tam orta məktəbinin yeni binasının açılışı olub

12 fevral 2021 | 16:00

Fevralın 12-də E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılışı olub. 
Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılışında təhsil nazirinin müşaviri Kənan Kərimzadə, Kürdəmir Rayon icra başçısının müavini Vəsilə Əsgərli, rayon təhsil şöbəsinin müdiri Rəfail Məmmədov və məktəb direktoru iştirak edib. Tədbirdə qeyd edilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. Məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlıq və məktəbəhazırlıq kabinetləri də var. Məktəbdə 120 yerlik yeməkxana, 240 yerlik akt zalı üçün də şərait yaradılıb.
Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Keçidlər