Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda əhalinin vaksinləşmə prosesinə başlanılıb

21 yanvar 2021 | 16:00

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 18 yanvar 2021-ci il tarixdən ölkəmizdə, bu gündən isə Kürdəmir rayonunda əhalinin vaksinləşmə prosesinə başlanılıb.
Vaksinləşmə prosesinə başlanılması ilə əlaqədar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzində bütün hazırlıq işləri görülüb, ayrılmış otaqlar zəruri avadanlıqlarla təchiz edilib, tibb işçiləri təlimatlandırılıb və əhali arasında təbliğat işlərinə başlanılıb.

Keçidlər