Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə şəhidlərin əziz xatirəsi ehtiramla anılıb

20 yanvar 2021 | 16:00

Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür. Kürdəmirdə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilir.Anım mərasimi ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə təşkil olunub və mərasimlərdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər. Mərasim iştirakçıları rayonun Şəhidlər Xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzüblər və rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoyublar.
Xatırladaq ki, ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq sakinlər anım mərasimində iştirak etməyiblər. Bunula belə Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri gün ərzində rayon şəhidlərinin məzarlarını ziyarət edərək,onların əziz xatirəsini ehtiramla yad ediblər.

Keçidlər