Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri müntəzəm olaraq ziyarət edilirlər

07 yanvar 2021 | 16:00

Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və dövlət qayğısı davamlı xarakter alıb.Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bu baxımdan Kürdəmirdə də bir sıra işlər həyata keçirilir.
Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar.Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edən şəhid və qazi  yaxınları, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildiriblər.

Keçidlər