Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə şəhid ailələri və qazilər ziyarət olunub

31 dekabr 2020 | 16:00

Kürdəmirdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələri və qazilər ziyarət olunub.
Görüşlərdə bu gün Azərbaycan üçün həmrəyliyin vacib olduğu diqqətə çatdırılaraq, qazanılan uğurlarda “dəmir yumruq” kimi birliyin önəmi vurğulanıb.
Ziyarət zamanı şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanılıb, onlara ərzaq yardımı göstərilib. Diqqətə çatdırılıb ki, onlar hər zaman dövlətimizin qayğısını hiss edəcəklər.

Keçidlər