Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “ Gənclər könüllülük hərəkatının aparıçı güvvəsidir ” mövzusunda videokonfrans keçirilib

22 dekabr 2020 | 16:00

Dekabrın 22-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “ Gənclər könüllülük hərəkatının aparıçı güvvəsidir ” mövzusunda onlayn videokonfrans keçirilib.
Təbdirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, könüllülərlə iş üzrə koordinator Daşqın Rüstəmov , Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov , Kürdəmir rayon Mədəniyyət şöbəsinin və Təhsil şöbəsinin könüllüləri , Kürdəmir rayon Asan xidmətin konüllüləri, Kürdəmir rayon Dövlət Aqrar inkişaf mərkəzinin könüllüləri və rayonun fəal gəncləri zoom proqramı vasitəsi ilə onlayn iştirak etmişdirlər.
Tədbiri Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov açaraq bildirdi ki, Prezidentimiz Cənab İlham Əliyevin sərəncamı ilə bu il “Könüllülər ili” elan edilib. Bu da ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dövrə təsadüf edilir. Buna rəğmən, Azərbaycan könüllüləri ölkə başçısı İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara daim adekvat cavab verərək, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Belə ki, könüllülər əhali arasında bu dəhşətli bəlaya qarşı maarifləndirmə işləri aparır, insanları Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə və qərarlarına sözsüz əməl etməyə səsləyir, vətəndaşlarımızın tibbi müayinədən keçirilməsi sahəsində səhiyyə işçilərinə yaxından köməklik göstərir, keçirilən aksiyalar çərçivəsində tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının ödənilməsinə yardımçı olur, həmçinin qanvermə aksiyalarında fəal iştirak edirlər.
Sonra tədbirdə cıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, könüllülərlə iş üzrə koordinator Daşqın Rüstəmov bildir di ki, Azərbaycan gəncinin bu gün üzərinə düşən əsas vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq, onu dünyada daha yaxşı təmsil etmək, ölkənin ümumi inkişafına töhfə vermək üçün çalışmaqdır. Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin rolu əvəzsizdir. Çünki onlar daha müstəqil və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridir.
Tədbirdə cixiş edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev, , Kürdəmir rayon Asan xidmətin konüllülərindən olan Seymur Məlikov, , Kürdəmir rayon Dövlət Aqrar inkişaf mərkəzinin könüllülərinin rəhbəri Rəşad Abuşov bildirdilər ki,Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və sair məsələlərə yeni imkanlar yaradır.Rayonumuzda da könüllülər tərəfindən bir cox lahiyələr icra olunub. Könüllülər arasında idman yarışları, “Əsgərə məktub” lahiyəsi, ağacəkmə kompaniyası, aztəminatlı ailələrə kömək lahiyələrini göstərmək olar.
Tədbirin onlayn hissəsi başa catdiqdan sonra Könüllülər ilinin yenunu ilə əlaqədar rayonun bir qrup gənc könüllülərinə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.

Keçidlər