Şriftin ölçüsü :

Saytın rəngi :

II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi, T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin şagirdi olmuş Əliyev Adəmin doğum günü məzarı önündə qeyd olundu

18 noyabr 2020 | 16:00

II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi, T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin şagirdi olmuş Əliyev Adəmin doğum günü məzarı önündə qeyd olundu.
Məktəbin müəllim-şagird kollektivi, Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbərliyi və nümayəndələri və rayon ictimaiyyəti bugünki mərasimdə iştirak etdilər.
Şagirdlər hazırladıqları " Qarabağ Azərbaycandır! " adlı kompozisiya ilə çıxış etdilər.
Rayon İcra Hakimiyyəti Başçısının müavini və Təhsil Şöbəsinin müdiri Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar.

Keçidlər