Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri aparılır

04 noyabr 2020 | 16:00

Kürdəmir rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir.
Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq tətbiq edilən karantin rejimi şəraitində rayon ərazisində koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həm də dezinfeksiya işləri aparılır. Bu iş şəhərin küçə və parklarında, ictimai iaşə və ticarət obyektlərində, idarə və müəssisələrin binalarında, çoxmənzilli yaşayış yerlərində qrafikə uyğun olaraq aparılır. Bu məqsədlə ayrılan 15 nəfər dezinfektor və iki ədəd xüsusi avtomaşın vasitəsilə gün ərzində 10 ictimai yaşayış binasının dəhliz və həyətində, 20-dək ticarət və ictimai iaşə obyektində, 15-dək idarə və müəssisədə dezinfeksiya işləri görülüb.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları və xüsusi ayrılmış avtomobillər vasitəsilə bu işlər davam etdirilir.

Keçidlər