Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə pambıq yığımına başlanılıb

10 sentyabr 2020 | 16:00

Kürdəmir, 10 sentyabr, AZƏRTAC

Kürdəmir rayonunda pambıq yığımı kampaniyasına başlanılıb və qısa müddətdə16 tona yaxın məhsul toplanılıb. Məhsul hələlik əl ilə yığılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 1997,5 hektar sahədə pambıq yetişdirilib. Məhsul yığımına ilk günlərdən 200 nəfərədək işçi qüvvəsi cəlb olunub. Yığıma Qarasu, Şilyan, Muradxan və bir sıra digər ərazilərdə daha mütəşəkkil başlanılıb. Pambıq sahələrində məhsulun 80 faizi pambıqyığan kombayınların qüvvəsilə toplanacaq. Bu məqsədlə nəzərdə tutulan texnika artıq saz vəziyyətdədir.

Qeyd edək ki, bu mövsümdə rayonda 4 min tondan çox “ağ qızıl” istehsalı gözlənilir.

Keçidlər