Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

23 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli müvafiq Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı günü təsis edilib.
       Ölkəmzdə demokatik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günü kimi hər il qeyd olunur.
       Azərbaycanda digər peşə sahələri ilə yanaşı  dövlət qulluğu sahəsində də aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanundur.  Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Danılmaz həqiqətdir ki, şəxsi nümunəsi ilə hər bir dövlət qulluqçusuna örnək olan Ulu Öndər Heydər Əliyevin  Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda müstəsna xidmtləri olmuşdur. Bu uğurlu siyasətin bu gün də Ulu öndər Heydər Əliyevin ən  layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ləyaqətlə  davam etdirilməsi, şəxsi keyfiyyətləri ilə xalqa və dövlətə xidməti həmişə uca tutması hamılıqla sevinc və razılıq hissi ilə qarşılanır.
      Bütün kürdəmirli dövlət qulluqçuları da ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında xalqımıza xidmət etməkdən  şərəf və qürur duyduqlarını, həmişə olduğu kimi bundan sonrada dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini bildirirlər.
      Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonun bütün dövlət qulluqçularını bu peşə bayramı günü münasibətilə təbrik edir, onlara çətin və şərəfli peşələrində davamlı uğurlar arzulayır.

Keçidlər