Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Səhiyyə işçiləri təltif olunublar

17 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2020-ci il tarixli Sərəncamı ilə Kürdəmir  Mərkəzi  Rayon  Xəstəxanasının Cərrah həkimi Yunusov Məhəmmədemin Baba oğlu “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.
“17 iyun - Tibb işçilərinin Peşə Bayramı Günü” münasibəti ilə Kürdəmir rayonunda  əhaliyə göstərdikləri yüksək keyfiyyətli tibbi xidmətə və səhiyyə sahəsində uzun müddətli fəaliyyətlərlərinə görə rayonun bir qrup tibb işçiləri - Oftalmoloq həkim Tahirov Babək Zakir oğlu, Pediatr Məmmədəliyev İkram Məhəmməd oğlu, TTTY -  şöbəsinin feldşerləri Hacıyev Pünhan Faiq oğlu, Pənahov Xəyyam Əlsoltan oğlu, Məmmədov Mədət Cavanşir oğlu, Şahbazov Rahil Paşa oğlu, Parazitoloq  həkim Xəlilov Xasay Kamal oğlu, Həkim köməkçisi Abdullayeva Qumru Rəhim qızı Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. 

Keçidlər