Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir

29 aprel 2020 | 16:00

Kürdəmir rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə şəhərin küçə və prospektləri, parklar, çoxmərtəbəli binalar, ticarət və xidmət obyektləri, ödəniş terminalları, bankomatlar xüsusi dezinfeksiya məhlulları ilə mütəmadi təmizlənir.
İnfeksiyanın qarşısını alnması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən bütün yaşayış məntəqələrini əhatə etməklə aparılır. Profilaktik tədbirlərin xüsusi karantin rejimi dövrü bitənədək keyfiyyətlə aparılması Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır.

Keçidlər