Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Təhsil şöbəsinin əməkdaşları ehtiyacı olan ailələrə ərzaq yardımları ediblər

16 aprel 2020 | 16:00

Kürdəmirdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə başladılan ehtiyacı olan ailələrə ərzaq yardımlarının paylanılması aksiyasına Kürdəmir rayon Təhsil şöbəsinin əməkdaşlarıda qoşulublar. Onlar Kürdəmir şəhərində yaşayan 14 ahıl, tənha, aztəminatlı ailələrə baş çəkərək ərzaq yardımları çatdırıblar.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər