Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə çiyid səpininə start verilib

16 aprel 2020 | 16:00

Cari mövsümdə rayonda 2130 hektardan çox sahədə çiyid səpilməsi nəzərdə tutulub. Rayonda səpinə mütəşəkkil hazırlıqla başlanılıb.Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
İlk olaraq səpinə Qarasu, Şilyan, Xəlsə, Carlı kəndlərinin ərazilərində start verilib.Qısa müddətdə 150 hektardan çox sahəyə çiyid səpilib.
Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Bu mühüm kampaniyaya 30 traktor, 15 səpin aqreqatı cəlb olunub.
Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Əkinçilər kampaniyanın vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Keçidlər