Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “ASAN Bahar Festivalı” keçiriləcək

28 fevral 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə mart ayının ilk günlərindən etibarən Kürdəmirdə “ASAN Bahar Festivalı” keçiriləcəkdir. 1–3 mart tarixini əhatə edəcək festival çərçivəsində Kürdəmir “ASAN Həyat” kompleksində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhləvan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmançıların çıxışları, məhşur müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunacaq, yerli və milli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçiriləcək.
Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunacaq . Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçiriləcək.
Festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.
Təşkil olunan tədbirlərdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

Keçidlər