Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib

11 dekabr 2019 | 16:00

  Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbiri keçirilib.
  YAP rayon təşkilatının  qərargahında  keçirilən tədbirdə  YAP rayon təşkilatının sədri Ağali Kərimli, rayon təşkilatının Gənclər Birliyinin şura və idarə heyəti üzvləri, fəal gənclər  iştirak ediblər.
   Tədbir iştirakçıları  əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.    
   Sonra  dəyirmi masa  YAP rayon təşkilatı qərargahının   akt  zalında öz işinə başladı. Tədbir  iştirakçıları əvvəlcə  dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
  Tədbiri  giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatı  Gənclər Birliyinin  sədri  Rauf Abuşov    açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 16  il ötür. Natiq  vurğulamışdır ki, Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndər Heydər Əliyev  Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi,   mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi  daim önə çəkmişdir. O  qeyd edib  ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən davam etdirilir.
   Çıxışçılardan  YAP   rayon təşkilatı Gənclər Birlyinin idarə heyəti üzvü,    Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi,rayon kreativ qrupunun koordinatoru  Xəyyam Məlikov,   Gənclər Birliyinin  üzvləri  şəhər 2 saylı tam orta məktəbin müəllimi Aysel Məmmədova  ,  şəhər 1  saylı tam orta məktəbin müəllimi  Sevinc Eyyubova    bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Natiqlər  bu gün  ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin  müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənc olaraq  bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə durmadan  çalışacaqlarını  qeyd ediblər.
   Sonda  YAP  Kürdəmir  rayon təşkilatının sədri  Ağali Kərimli  qeyd edib ki,  müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər   Heydər Əliyev xalqımızın yaddaşında   əbədi olaraq yaşayır və  yaşayacaqdır.
    Ağali Kərimli vurğulayıb ki, bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi dövlət gənc¬lər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.  Bu gün ölkə başçısı cənab İlham Əliyevin gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsidir.

Keçidlər