Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin Qarasu kəndində təhsil ocağı üçün yeni bina tikilir

10 dekabr 2019 | 16:00

Kürdəmir, 10 dekabr, AZƏRTAC

Kürdəmir rayonunun E.Qurbanov adına Qarasu kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni binanın inşasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd məktəbi üçün təzə bina Təhsil Nazirliyinin sifarişi ilə tikilir. Binanın bünövrəsində hazırda bərkitmə işləri aparılır.

Tikilməkdə olan yeni təhsil ocağı üçmərtəbəli olacaq. Bina müasir arxitektura üslubunda inşa edilir.

Kənd məktəbi üçün təzə binanın gələn ilin noyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər