Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Beynəlxalq Əlillər Günü qeyd edilib

03 dekabr 2019 | 16:00

Dekabrın 3-də rayonun “Nicat Plaza”  sarayında  Kürdəmir  Rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının  müavini Vəsilə Əsgərli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin əməkdaşları, əlil şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı.Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Bayram tədbirini giriş sözü ilə açan Qarabağ Müharibəsi Əlilləri, Veteranları  və  Şəhid  Ailələri   İctimai  Birliyinin  Kürdəmir  rayon  bölməsinin sədri  Fərəc  Dadaşov  əlillərin  sosial  həyatının  daha  təminatlı  olması  üçün həyata keçirilən tədbirlərdən danışdı.
Kürdəmir Rayon İcra Hakmiyyəti Başçısının  müavini Vəsilə Əsgərli çıxış edərək əlillərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 60 əlilə pul yardımı verildi.
Bayram tədbirində rayon incəsənət ustalarının ifasında səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

Keçidlər