Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Konstitusiya günü münasibətilə dəyirmi masa keçirilib

12 noyabr 2019 | 16:00

Noyabrın 12-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “12 noyabr - Konstitusiya günü”nə həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edibilər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli bildirib ki, xalqımızın ən yeni tarixində özünə layiqli yer tutan əlamətdar günlərimizdən biri də 12 noyabr – Konstitusiya günüdür. Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq, müstəqillik amallarını gerçəkləşdirən, onun gənc, lakin qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu Öndərimiz Heydər Əliyevin banisi olduğu Konstitusiyamız bugünki sabitliyimizin, dövlət müstəqilliyimizin qarantıdır.1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan xalqı çətin sınaqlardan keçməli oldu. Bir yandan xarici düşmən təcavüzü, torpaqların itirilməsi, digər tərəfdən ölkədaxili çəkişmələr, iqtisadi böhran ölkəni iflic vəziyyətinə salmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın ağır günlərində məhv olmaq təhlükəsi qarşısında qalmış dövlətin idarəçilik yükünü öz çiyinlərinə götürməsi Azərbaycan xalqı üçün xilas yolu oldu. Tamamilə iflic olmuş, əmlakı talan edilmiş, ordusu olmayan, iqtisadiyyatı dondurulmuş bir ölkəni yenidən qurmaq, onun bütün strukturlarında islahatlar aparmaq, artıq öz funksiyasını itirmiş, heç bir qüvvəyə malik olmayan qanunların yeniləri; daha sivil, daha demokratik, daha dünyəvi qanunlarla əvəz etmək kimi çətin missiyanı öz üzərinə götürmək bu müdrik insanın xalqı qarşısında fədakarlığı idi.Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərindən ölkədə zəruri islahatlar aparmağa başladı. 1995-ci il 12 noyabrda müstəqil Azərbaycan respublikası Ümumilli Liderimiz Hedər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu istiqamətində inamlı bir addım atdı.Həmin gün referendum yolu ilə dünyada toplanmış ən mütərəqqi təcrübə əsasında demokratik dəyərlərə malik müstəqil Azərbaycanın ilk konustusiyası qəbul edildi. Hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə olunmuş mühüm naliyyətlərdən biri kimi Konustitusiyamızın qəbul edilməsi çağdaş tariximizə qızıl həriflərlə həkk olundu.
Dəyirmi masada “Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan hüquq və azadlıqlarının əsas təminatçısıdır” mövzusunda rayon Prokrorunun böyük köməkçisi, ədliyə müşaviri Vüqar Yusifov, “Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və inkişafında Milli Konstitusiyamızın rolu” şəhər 1 saylı tam orta məktəbin direktoru Vüqar Nəsirov, “Azərbaycan Konstitusiyası – təhsil, əmək və istirahət hüququ verən tarixi sənəddir” mövzusunda Kürdəmir Mərkəzi Kitabxanalar Sisteminin drektoru İradə Mahmudova, “ Heydər Əliyev və Azərbaycan Konsitutiyası ” mövzusunda Xınıslı kənd tam orta məktəbinin direktor əvəzi Rüfət Nəsirov məruzələrlə çıxış edərək Konstitusiyanın yaranmasının tarixi və inkişaf mərhələlərindən, Ümummilli Liderimiz Heydər Əliyevin bu istiqamətdə xidmətlərindən, əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarından ətraflı danışıblar.

Keçidlər