Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “İradənlə qalib gəl!” şüarı altında kütləvi idman tədbiri keçirilib

01 noyabr 2019 | 16:00

Noyabrın 1-də Kürdəmir rayonunda 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “İradənlə qalib gəl!” şüarı altında kütləvi idman tədbiri keçirilib.
Kürdəmir Olimpiya İdman Kompleksində təşkil edilən tədbirin keçirilməsində məqsəd idmanın gənclər arasında təbliği, OİK-lərin imkanlarının hər kəs üçün əlçatan olması, buradakı idman meydançaları, avadanlıq və şəraitdən gənclərin geniş yararlanmasını təmin etməkdir.
Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada futbol, voleybol, güləş, bədii gimnastika, tennis, şahmat və digər idman növləri üzrə yarışlar və ustad dərsləri keçirilib.Aksiyada rayonun 200-dən çox gənci iştirak edib.

Keçidlər