Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə məktəblilər arasına inşa yazı müsabiqəsi keçirilib

24 oktyabr 2019 | 16:00

Oktyabrın 24-də Kürdəmirdə məktəblilər arasında keçirilmiş Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir”  mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
İnşa yazı  müsabiqəsində  rayonun  ümümtəhsil  məktəblərinin  VIII-XI sinif  şagirdləri  iştirak  ediblər.
Müsabiqədə 56 nəfər məktəbli iştirak edib. Münsiflər tərəfindən yoxlanılan inşa yazılarının nəticələrinə görə şəhər 1 saylı tam orta məktəbinin şagirdi Abdullayeva Nübar I yerə , Atakişili kənd tam orta məktəbin şagirdi Əkbərzadə Gülnamə II yerə, Xırdapay kənd tam orta məktəbinin şagirdi Bayramova Həyat və Topalhəsənli kənd tam orta məktəbinin şagirdi Osmanova Aybəniz III yerə layiq görülüblər.
Müsabiqənin qalibləri Kürdəmir rayon Gənclər İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər