Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir pambıqçıları sahələrdən 5000 tondan çox məhsul yığıblar

24 oktyabr 2019 | 16:00

Kürdəmir, 24 oktyabr, AZƏRTAC

Kürdəmirdə kütləvi pambıq yığımı kampaniyası davam edir və indiyədək sahələrdən 5087,6 ton məhsul toplanıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə 2809 hektar sahədə “ağ qızıl” yetişdirilib. Hazırda məhsul yığımı üçün hər gün sahələr 1500-dən çox işçi çıxır, habelə 9 pambıqyığan kombaynın gücündən istifadə olunur. Gün ərzində orta hesabla 100 tondan çox məhsul toplanır. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Qarasu, Şilyan, Ərəbqubalı, Carlı, Topalhəsənli və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” toplanışı daha mütəşəkkil təşkil olunub.

Sahələrdə hələ məhsul boldur. Pambıqçılar ağır zəhmət bahasına yetişdirdikləri məhsulun tez və itkisiz toplanması üçün bütün qüvvələrini səfərbər ediblər.

Keçidlər