Home Contact Phone
background
  • Ünvan: AZ-1033, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti-12
  • Faks: 255-00-08
  • E-mail: mail@kurdemir-ih.gov.az

Xəbərlər

  • Muğanlı kənd sakinləri ilə görüş keçirili...

    Muğanlı kənd sakinləri ilə görüş keçirilib

    2019-09-14

    Sentyabrın 14-də Muğanlı kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun və Millət Vəkili Rafael Hüseynovun iştirakı ilə görüş keçirilib. Muğanlı kənd tam orta məktəbində təşkil olunan görüşdə məktəbin kollektivi və kənd sakinləri iştirak ediblər.

  • YAP Kürdəmir rayon təşkilatında ərazi ilk pa...

    YAP Kürdəmir rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib

    2019-09-13

    Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli rayon təşkilatının qərargahında bir qrup ərazi ilk partiya təşkilatının sədri ilə görüşüb.

  • Kürdəmirdə “Milli-mənəvi dəyərlərimiz m...

    Kürdəmirdə “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib

    2019-09-12

    Sentyabrın 12-də Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

  • Qarasu kəndində səyyar qəbul keçirilib

    Qarasu kəndində səyyar qəbul keçirilib

    2019-09-05

    Sentyabrın 5-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarasu kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qarasu kənd sakinləri ilə görüş-qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Carlı kəndində səyyar qəbul keçirilib

    Carlı kəndində səyyar qəbul keçirilib

    2019-08-29

    Avqustun 29-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Carlı kənd inzibati ərazi dairəsinin Quşlar və Carlı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Kürdəmirdə dini icma sədrləri və din xadiml...

    Kürdəmirdə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

    2019-08-29

    Avqustun 29-da Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.

  • Kürdəmirdə tələbə adı qazanmış gənclərl...

    Kürdəmirdə tələbə adı qazanmış gənclərlə görüş keçirilib

    2019-08-27

    Avqustun 27-də rayonun Heydər Əliyev Mərkəzində ali təhsil məktəblərinə qəbul olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirilib.

  • Qarabucaq qəsəbəsində səyyar qəbul keçirilb

    Qarabucaq qəsəbəsində səyyar qəbul keçirilb

    2019-08-22

    Avqustun 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarabucaq qəsəbəsində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayonun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq və Qurd Bayram kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Kürdəmirdə “İnsan alverinə qarşı mübariz...

    Kürdəmirdə “İnsan alverinə qarşı mübarizə tədbirləri və miqraisya qanunvericiliyinə edilmiş son dəyişikliklər" mövzusunda maarifləndirmə tədbiri keçirilib

    2019-08-21

    Avqustun 21-də rayon icra hakimiyyətinin akt zalında Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsi tərəfindən “İnsan alverinə qarşı mübarizə tədbirləri və miqraisya qanunvericiliyinə edilmiş son dəyişikliklər" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  • Kürdəmirli fermer: Dövlət dəstəyi təsərrü...

    Kürdəmirli fermer: Dövlət dəstəyi təsərrüfatımızı genişləndirməyə imkan verir

    2019-08-19

    Kürdəmir rayonunun Qarabucaq kənd sakini İlham Alahverdiyevin ailə təsərrüfatı bu mövsümdə 50 hektar sahədə pambıq əkib. Pambıqçılıq sahəsində zəngin təcrübəsi olan ailə bu il bol məhsul yetişdirib. Artıq bu günlərdə pambıq yığımına başlanacaq.

  • Atakişili kəndində səyyar qəbul keçirilib

    Atakişili kəndində səyyar qəbul keçirilib

    2019-08-15

    Avqustun 15-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Atakişili kənd inzibati ərazi dairəsinə daxil olan Atakişili və Şıxımlı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbulu keçirilib. Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin akt zalında keçirilən qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov, rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Kürdəmirin 3 kənd məktəbi üçün modul tipli...

    Kürdəmirin 3 kənd məktəbi üçün modul tipli yeni binalar inşa olunub

    2019-08-14

    Kürdəmir rayonunun Bağman, Öyləqulu və Təklə kəndlərində məktəblər üçün modul tipli yeni binalarda tikinti-quraşdırma işləri başa çatdırılıb.

  • Kürdəmirdə Qurban Bayramı münasibəti aztəmi...

    Kürdəmirdə Qurban Bayramı münasibəti aztəminatlı ailələrə qurban payları çatdırılıb

    2019-08-12

    Qurban Bayramı ilə əlaqədar Kürdəmir rayonunda yaşayan Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1500-dən çox ailəyə qurban payları paylanıldı.

  • Kürdəmirdə yaşayış məntəqələrinin qazla...

    Kürdəmirdə yaşayış məntəqələrinin qazlaşdırılması ilin sonunadək başa çatacaq

    2019-08-09

    Kürdəmir rayonunda 62 yaşayış məntəqəsindən 59-u qazlaşdırılıb. İlin sonunadək 2300 nəfərdən çox əhalinin yaşadığı Qarabucaq qəsəbəsi və qəsəbə ərazi dairəsinə daxil olan Qarabucaq və Qurdbayram kəndlərinə də “mavi yanacağ”ın verilişi təmin ediləcək.

  • Xırdapay kəndində səyyar qəbul keçirilb

    Xırdapay kəndində səyyar qəbul keçirilb

    2019-08-08

    Avqustun 8-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Xırdapay kənd inzibati ərazi dairəsinin Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə növbəti səyyar qəbulu keçirilib. Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Kürdəmirdə ilin birinci yarısında sosial-iqti...

    Kürdəmirdə ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

    2019-08-07

    Avqustun 7-də rayon icra hakimiyyətinin akt zalında “Kürdəmir rayonunun 2019-cu ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib. Yığıncaqda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Kürdəmir şəhərinin küçələrinə asfalt ör...

    Kürdəmir şəhərinin küçələrinə asfalt örtüyü vurulur

    2019-08-05

    Kürdəmir şəhərinin küçə və məhəllədaxili yollarına asfalt örtüyü vurulur. Cari ildə Kürdəmir şəhərinin Aran qəsəbəsi ərazində 5 ədəd çoxmənzilli içtimai yaşayış binasının qarşısı və ara yolları asfaltlanaraq abadlaşdırılıb.

  • Kürdəmir: pambıqçılıq bir çox ailə üçün...

    Kürdəmir: pambıqçılıq bir çox ailə üçün əsas gəlir mənbəyidir

    2019-08-01

    Kürdəmir rayonunda aqrar sektorun ənənəvi sahələrindən olan pambıqçılıqda daha yüksək nəticələr qazanılması üçün görülən işlər həm də əhalinin məşğulluğunun artmasına, sakinlərin maddi rifahının yüksəlməsinə imkan verir. Bu gün bölgədə təkcə pambıqçılıqda 3000 nəfərədək sakin çalışır, bu sahədə 80 ailə fermer təsərrüfatı fəaliyyət göstərir.

  • Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaş...

    Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə”medalı təqdim olunub

    2019-07-30

    İyulun 30-da rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 22 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mustafayev Fuad Rauf oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

  • Kürdəmirdə "ASAN xidmət" mərkəzini...

    Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisi davam etdirilir

    2019-07-29

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Kürdəmir rayonunda inşa edilən "ASAN xidmət" mərkəzində əsas tikinti işləri başa çatdırılıb, hazırda divarların üzlənməsi, daxili və xarici kommunikasiya xətlərinin montaj işlərinə başlanılıb.

  • Kürdəmirdə 563 məcburi köçkün ailəsi üç...

    Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin inşası davam etdirilir

    2019-07-27

    Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş “Əlavələr”in icrası ilə əlaqədar rayon ərazisində məskunlaşmış 563 məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonun Xırdapay kəndinin ərazisindən 13 hektar torpaq sahəsi ayrılmış, hazırda 563 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilən 17 ədəd 4 mərtəbəli ictimai yaşayış binalarında, 432 şagird yerlik məktəb binasında, 140 yerlik uşaq bağçası binasında, klub-icma binasında, inzibati binada, tibb məntəqəsinin və ATS binalarında dəmir beton konstruksiyaların tikintisi başa çatdırılmış, divar və arakəsmələrin hörgüsünə başlanılmışdır.

  • Kürdəmirdə 51,2 kilometrlik avtomobil yolları ...

    Kürdəmirdə 51,2 kilometrlik avtomobil yolları yenidən qurulur

    2019-07-26

    Kürdəmir rayonunda cari ildə 2 yol infrastrukturu layihəsinin, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri aparılır.

  • Karrar qəsəbəsində səyyar qəbul keçirilib

    Karrar qəsəbəsində səyyar qəbul keçirilib

    2019-07-25

    İyulun 25-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Karrar qəsəbə inzibati ərazi dairəsinə daxil olan Karrar qəsəbə, Muğanlı və Xınıslı kəndlərinin əhalisi ilə növbəti səyyar qəbulu keçirilib. Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

  • Kürdəmirin istixana təsərrüfatlarında məhsu...

    Kürdəmirin istixana təsərrüfatlarında məhsul istehsalı 7 dəfə artıb

    2019-07-18

    Kürdəmir rayonunda cari ilin 6 ayında istixanalarda istehsal olunan tərəvəz məhsulları ötən ilin müvafiq dövründəkindən 7 dəfə çoxdur. İstixanalarda əsasən pomidor və xiyar məhsulları yetişdirilir.

  • Kürdəmirdə Şəhid Sübhi Mahmudov anılıb

    Kürdəmirdə Şəhid Sübhi Mahmudov anılıb

    2019-07-16

    İyulun 15-də rayonun Dayıkazımlı kəndində Şəhid Mahmudov Sübhi Əhmədağa oğlunun anım mərasimi keçirilib. Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin sədri Fərəc Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşları, Şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak ediblər.